Gundemxeber.az » Dünya » Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqa rəsmi səfər edib.
Gundemxeber.az bildirir ki, Ərdoğan 13 ildən sonra İraqın paytaxtı Bağdada gedib.
Rəcəb Tayyib Ərdoğanın Bağdada səfəri çərçivəsində ilk olaraq İraq Prezidenti Əbdüllatif Rəşidlə, daha sonra Baş nazir Məhəmməd Şiya əl-Sudani ilə görüşləri baş tutacaq.
Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su problemləri ilə bağlı məsələlər müzakirə olunacaq. Gündəmdə olan ən əsas məsələlər terrorla mübarizə, su ehtiyatlarından istifadə, təbii qaz və neftin Türkiyəyə nəqli ilə bağlı olacaq.
Ərdoğan və Sudani birgə mətbuat konfransı keçirəcəklər və iki ölkə arasında müqavilələr imzalanacaq.
Gundemxeber.az
10-11-2017, 17:41
3-12-2020, 13:01
25-02-2020, 11:00
24-12-2015, 15:02
10-07-2018, 13:20
Sorğu
Yeni dizaynımız necədir?