Gundemxeber.az » Dünya » NATO-nun Ukraynaya hərbçilər göndərmək planı yoxdur
“NATO Ukraynaya hərbçilər göndərməyi planlaşdırmır, lakin orada hərbi məsləhətçilər mövcuddur”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “MSNBC” telekanalına müsahibəsində bildirib.
“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması ilə bağlı heç bir plan yoxdur. Amma təbii ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən uniformalı öz adamları var”, - o deyib.
Stoltenberq vurğulayıb ki, ABŞ və NATO üçün Ukraynaya silah tədarük etmək xeyriyyə deyil, öz təhlükəsizliyinə sərmayədir.
GUNDEMXEBER.AZ
27-03-2014, 09:33
27-06-2015, 05:35
8-07-2016, 23:31
2-04-2014, 11:28
18-07-2019, 11:20
Sorğu
Yeni dizaynımız necədir?