Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Timur İvanov 2016-cı ilin mayında Rusiya prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Müdafiə Nazirliyinin tabeliyində olan “Oboronstroy”un baş direktoru olub. Şirkət hərbçilər üçün yaşayış binalarının, eləcə də sosial əhəmiyyətli və strateji hərbi obyektlərin tikintisi üzrə ixtisaslaşıb. 2012-2013-cü illərdə Timur İvanov Moskva vilayəti hökuməti sədrinin müavini olub.
Timur İvanov 2018-ci ildə 136,7 milyon rubl ailə gəliri ilə Forbes jurnalının "Rusiyanın ən zəngin təhlükəsizlik qüvvələri - 2019" reytinqinə daxil edilib.
Sorğu
Yeni dizaynımız necədir?