Gundemxeber.az » Dünya » Belarusa Litva ərazisindən dron hücumunun qarşısı alınıb – Minskdən sensasion açıqlama
Belarus təhlükəsizlik qüvvələri Litva ərazisindən Minskdəki hədəflərə pilotsuz təyyarələrlə zərbə endirilməsinin qarşısını alıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel deyib.
O, hadisənin bu yaxınlarda baş verdiyini desə də, konkret tarixini açıqlamayıb:
“Dövlət Təhlükəsizlik Komitəsi digər hüquq-mühafizə orqanlarından olan həmkarları ilə birlikdə bu yaxınlarda bir sıra kəskin təhlükəsizlik tədbirləri həyata keçirib ki, bu da Litva ərazisindən Minsk və onun ətraf ərazilərindəki hədəflərə döyüş pilotsuz təyyarələrinin hücumlarının qarşısını almağa imkan verib”.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri bu sahədə fəaliyyətini davam etdirir, lakin hələlik ətraflı məlumatı ictimaiyyətə açıqlamaq mümkün deyil
GUNDEMXEBER.AZ
17-08-2020, 11:21
9-01-2020, 11:50
7-09-2020, 11:42
14-01-2017, 20:58
1-12-2015, 13:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?