Gundemxeber.az » Dünya » Tbilisi meri Kaladze: “Ölkəyə gələn xarici maliyyə agentlərə sərf olunur”
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib ki, qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, K.Kaladze hakim partiyanın təşəbbüslərinə, o cümlədən "xarici agentlər" haqqında qanunun qəbuluna dəstək mitinqində deyib:
“Son bir neçə həftə bir daha təsdiqlədi ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agentlərin gücləndirilməsinə xidmət edir. Məlum oldu ki, guya kənd təsərrüfatına və əlillərə sərf edilməli olan pulların böyük hissəsi havaya sovrulmayıb. Bütün QHT-lər lazım olanda dərhal mitinqlərə çıxarıldılar və onlar milli maraqlara qarşı çıxdılar”.
Qeyd edək ki, Gürcüstan parlamentində qəbul olunacağı gözlənilən “xarici agentlər” haqqında qanuna görə ölkədə siyasi gərginlik hökm sürür, Qərbyönlü siyasi qüvvələr müvafiq qanunun qəbuluna kəskin etirazlarını bildirir, aksiyalar keçirirlər.
GUNDEMXEBER.AZ
21-06-2019, 16:09
26-01-2018, 14:05
18-11-2019, 15:07
13-07-2021, 10:05
10-03-2023, 16:43
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?