Gundemxeber.az » Dünya » Gürcüstan Prezidenti DİN-i zorakılığa son qoymağa çağırıb
Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz edənlər Tbilisinin mərkəzində "Ədliyyə Evi" yaxınlığında yolu bağlayıblar.
Gundemxeber.az xəbər verir ki, bu barədə “İnterfaks” agetntliyi məlumat yayıb.
“Xüsusi qüvvələr Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasını dağıtdıqdan sonra nümayişçilərin bəziləri sahilə doğru hərəkət edərək "Ədliyyə Evi" yaxınlığındakı yolu bağlayıblar”, - nəşr yazır.
Qeyd olunur ki, paytaxtın mərkəzindəki parlament binasının yaxınlığındakı Rustaveli prospektində də nümayişçilərlə polis arasında toqquşmalar davam edib.
Bundan əvvəl Tbilisidə aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşının yaralandığı məlum olub.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində polis əməkdaşları ağır yaralanıb.
Gundemxeber.az
18-11-2019, 20:31
18-11-2019, 20:47
21-11-2019, 13:00
8-03-2023, 13:29
21-06-2019, 13:20
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?