Braziliyanın Rio-Qrandi-du-Sul əyalətində güclü daşqınlar olub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb. Yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşə biləcəyini xəbərdar edib.
“Biz Rio-Qrandi-du-Sulda tariximizin ən pis anı, ən pis fəlakətini yaşayırıq. Hazırda dövlətimizdə baş verənlər tamamilə, absurd və son dərəcə ciddidir. Təəssüf ki, vəziyyət daha da pisləşəcək”, - deyə zərərçəkmiş ştatın qubernatoru Eduardo Leyte bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?