Gundemxeber.az » Dünya » Bortnikov: “Moskvadakı “Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir”
“Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini yerinə yetirən Aleksandr Bortnikov bildirib.
“Biz praktiki olaraq kim olduğunu təxmin edirik. Bu işin əsas təşkilatçısı xaricdə oturub”, - deyə o, terror aktını sifariş edənlərin müəyyənləşdirilməsi ilə bağlı suala cavab verərkən vurğulayıb.
“İstintaq çərçivəsində müvafiq prosedurlar davam etdiyi üçün ona necəsə çatmaq üçün hər şeyi etməliyik. Ona görə də indi sizə konkret heç nə deməyəcəyəm. İstintaq sirləri var və biz elə etməliyik ki, addımlarımız əməliyyat işimizdə konkret nəticəyə gətirib çıxarsın”, - deyə Bortnikov yekun vurub.
Qeyd edək ki, bu il martın 22-də axşam saatlarında “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə kişi “Crocus City Hall”a basqın edərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub.
İstintaq Komitəsi hadisəni terror aktı kimi araşdırır. İş üzrə hücumun bilavasitə iştirakçıları olduğu iddia edilən, həmçinin müstəntiqlərin fikrincə, onlara kömək edənlər də daxil olmaqla ondan çox adam həbs edilib.
GUNDEMXEBER.AZ
18-07-2013, 12:47
1-04-2024, 21:57
30-04-2024, 16:27
6-04-2024, 22:11
8-04-2024, 16:52
Sorğu
Yeni dizaynımız necədir?