ABŞ-da prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan amerikalı siyasətçi kiçik Robert Kennedinin beynində beynin bir hissəsini yeyə bilən ölü parazit aşkar edilib.
GUNDEMXEBER,AZ bu barədə "New York Times"a istinadən xəbər verir.
"Həkim hesab edirdi ki, onun skanerlərində görünən anomaliya bir qurdun beyinə daxil olaraq onun bir hissəsini yeyməsini və sonra ölməsini əks etdirir", deyə "New York Times" yazıb.
Bildirilir ki, siyasətçi əvvəlcə yaddaş problemlərinə və şüurun bulanıqlığına görə həkimlərə müraciət edib. Əldə edilən görüntülərdə ilkin olaraq şiş kimi izah edilən kölgələr əks olunub.
Neyrocərrahlar kiçik Kennedinin təsvirlərinə əsaslanaraq, siyasətçinin beynində "lent qurd sürfəsi"nin olduğunu ehtimal edirlər. Həmçinin, bəzi həkimlər parazitin həqiqətən onun beyninin bir hissəsini yediyinə şübhə edirlər.
Kiçik Kennedi başqa ciddi xəstəliklərdən əziyyət çəkir. Belə ki, qurdun olması xəbəri ilə eyni vaxtda ona çoxlu balıq yediyi üçün civə zəhərlənməsi diaqnozu qoyulub. Nəşr vurğulayır ki, o, atriyal fibrilasiya epizodlarına görə ən azı dörd dəfə xəstəxanaya yerləşdirilib
Həkimlər qeyd edirlər ki, həm parazitar infeksiyalar, həm də civə zəhərlənməsi bəzən beyin funksiyasına daimi ziyan vura bilər, lakin xəstələr müvəqqəti simptomlarla qarşılaşa və sonra tam sağala bilərlər.
Qəzet qeyd edir ki, Kennedi ötən onillikdə yaddaş problemlərindən və əqli dumandan danışırdısa, indi seçkidən əvvəl bu problemdən və beynində parazit olmasının mümkün fəsadlarından tamamilə xilas olduğunu deyir.
Eyni zamanda, kiçik Kennedinin seçki kampaniyasının sözçüsü bu problemlərlə bağlı məlumatlar fonunda onun prezidentliyə namizədliyini irəli sürmək qabiliyyəti ilə bağlı sualları rəqibləri tərəfindən ortaya atılmış "gülünc iddialar" adlandırıb.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki yarışında əsas rəqiblər hazırkı dövlət başçısı, demokrat Co Bayden, eləcə də keçmiş Amerika lideri, respublikaçı Donald Trampdır. Artıq hər iki namizəd öz partiyalarından namizədliyini təmin etmək üçün ilkin səsvermə nəticəsində kifayət qədər nümayəndə səsi toplayıb və demək olar ki, bütün rəqibləri yarışdan çəkildiklərini bəyan ediblər.
ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi də seçki kampaniyasını davam etdirir. Bununla belə, Amerikanın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlunun nə Baydenlə, nə də Trampla ciddi rəqabət apara bilməyəcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?