"Rusiyanın Kalininqradda əhəmiyyətli qüvvələri var. NATO ilə Rusiya Federasiyası arasında birbaşa toqquşma baş verərsə, onu "zərərsizləşdirmək" lazımdır".
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis "Bloomberg"ə yazdığı məqalədə qeyd edib.
"Rusiyanın Baltik dənizi donanmasının böyük hissəsi Baltiysk limanında, əhəmiyyətli hava və raket qüvvələri isə Kalininqradda yerləşdirilib. (Taktiki nüvə silahları da ola bilər.) Müharibə olacağı təqdirdə Kalininqradın zərərsizləşdirilməsinə ehtiyac olacaq", deyə Stavridis yazıb.
Onun fikrincə, NATO-nun Kalininqradın "zərərsizləşdirilməsinə" ehtiyacı olacaq ki, Rusiya Litva və Polşa sərhədindəki kritik Suvalki dəhlizinə nəzarət edə bilməsin və Baltikyanı ölkələrin Avropa İttifaqının qalan hissəsi ilə əlaqə saxlasın.
Stavridisin sözlərinə görə, hərbi əməliyyatlar baş verəcəyi təqdirdə NATO-nun "kiçik Kalininqrada" təzyiq göstərmək üçün "öz Baltik gölündən" istifadə edəcəyini gözləmək olar.
Sorğu
Yeni dizaynımız necədir?