Gundemxeber.az » Dünya » Duma Mixail Mişustini Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqləyib - YENİLƏNİB
Rusiya Dövlət Duması Mixail Mişustini Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqləyib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, məlumata görə, onun təyin edilməsinə 375 deputat səs verib, 57 deputat bitərəf qalıb.
Xatırladaq ki, Mişustin Vladimir Putinin rekordunu təzələyə bilməyib. Belə ki, Putin 2008-ci ildə Dövlət Dumasının 392 deputatının səsini alaraq nazir postuna təsdiq olunmuşdu.
Mişustin prezident müvafiq sərəncam imzaladıqdan sonra baş nazir postuna təyin ediləcək.
09:50
Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklif Dövlət Dumasına təqdim edilib.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.
“Prezident Vladimir Putin Mixail Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklifi Dövlət Dumasına təqdim edib”, - Volodin sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün deputatlar bu məsələ ilə bağlı qərar qəbul edəcəklər.
Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq: hökumətin sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcək - deputatlar 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına qanuna dəyişikliklərlə müəyyən edilmiş yeni səlahiyyətlərini həyata keçirməli olacaqlar.
GUNDEMXEBER.AZ
10-05-2024, 10:30
8-05-2018, 20:04
3-06-2018, 00:32
16-04-2018, 17:58
30-08-2014, 11:18
Sorğu
Yeni dizaynımız necədir?