Gundemxeber.az » Dünya » Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
"Bəzi xarici qüvvələr elə göstərmək istəyirlər ki, güya Aİ-nin qapıları bizim üzümüzə açıqdır və Gürcüstan ora daxil olmağı gözləyir. Əslində isə bu qapını neçə illərdir döyürük və uzun illərdir üzümüzə bağlanıb".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərlə söhbətində bildirib.
"Onlar bizi namizəd statusu verməklə həvəsləndirdilər. Lakin gürcü xalqına layiq olan qərarlar qəbul etmirlər. Əgər Gürcüstanın Avropaya inteqrasiyasına nəsə mane olursa, bu, Aİ-nin Gürcüstana münasibətdə ədalətsiz qərarlarıdır", - o deyib.
Ş.Papuaşvilinin sözlərinə görə, görünən mənzərə tamamilə fərqlidir: "NATO-ya qəbul olunmağı xahiş edirik, amma rədd edilir. Biz deyirik ki, danışıqlara başlasınlar. Onlar bizdən sonra gələn ölkələrə imkanlar açır, Gürcüstana isə yox. Ona görə də gürcü xalqını günahlandırmaq həqiqətdən uzaqdır. Əslində neçə illərdir bu qapını döyürük, cavab almırıq. Bizi namizəd statusu şəklində bir az həvəsləndirdilər, lakin gürcü xalqı üçün məqbul qərar qəbul etmirlər”, - Ş.Papuaşvili əlavə edib.
Gundemxeber.az
15-09-2018, 11:33
27-08-2020, 12:26
21-06-2019, 16:09
4-12-2012, 12:13
8-08-2018, 13:19
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?