Gürcüstanın Böyük Britaniyadakı səfirliyində anti-Gürcüstan və NATO əleyhinə şüarlar səsləndirən jurnalist polis tərəfindən saxlanılıb.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, jurnalist Gürcüstanın Londondakı səfirliyində keçirilən Cənubi Osetiya hadisələrinin 10-cu ildönümünə həsr olunmuş sərgiyə zorla daxil olub.
İcazəsiz çəkiliş aparmaq istəyən jurnalist NATO-ya qarşı şüarlar səsləndirərək gürcü tərəfini Britaniya auditoriyasına yanlış informasiya verməkdə ittiham edib. İlkin məlumatlara görə, saxlanan Britaniya mediasında çalışır. Hadisə ilə bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?