“Qərb ölkələrinin NATO-nun Mərkəzi Asiyada hərbi mövcudluğunu irəli aparmaq cəhdləri regionda gərginliyin artması və xaosla nəticələnəcək”.
GUNDEMXEBER.AZ bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin News.ru portalına müsahibəsində deyib.
“NATO-nun bölgədəki hərbi mövcudluğunu “Əfqan təhlükəsi” bəhanəsi ilə irəliyə aparmaq cəhdləri gərginliyin artmasından başqa heç nə gətirməyəcək. Anqlosaksonlar hara gəlsələr, orada xaos yaşanır. Bizim mövqeyimiz dəyişməzdir: postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməli, regionun təhlükəsizliyi kənardan müəyyən edilməməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
M.Qaluzinin sözlərinə görə, Qərbin strategiyası Rusiyanın tərəfdaşlarını geosiyasi layihəyə cəlb etməklə Moskvanı strateji məğlubiyyətə uğratmaqdır.
M.Qaluzin Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın Rusiya ilə olan ortaq tarixi irsin bütün üstünlüklərini, onilliklər ərzində toplanmış inteqrasiya təcrübəsini, həmçinin Moskva ilə ikitərəfli və çoxtərəfli səviyyədə müvafiq öhdəliklərə sadiqliyin üstünlüklərini anladıqlarına ümid etdiyini ifadə edib.
GUNDEMXEBER.AZ
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?