Avropa İttifaqı ölkədə "xarici agentlər haqqında" qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın birliyə qoşulmaq ərizəsini qeyri-müəyyən müddətə dondurmağı planlaşdırır.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə "Financial Times” mənbələrə istinadən yazıb.
Avropa Komissiyası daha əvvəl xəbərdarlıq etmişdi ki, qanunun qəbulu Tiflisin üçün Aİ-yə gedən yolda əngəl olacaq.
"Biz çox açıq şəkildə bildirdik ki, bu qanun təxribatdır", deyə qəzetin danışdığı Avropa rəsmilərindən biri bildirib.
Avropa diplomatiyasının rəhbəri Cozep Borrell və Aİ-nin genişlənmə üzrə Avropa komissarı Oliver Varhelyi birgə bəyanatda bildiriblər ki, Gürcüstanın xarici agentlər haqqında qanununun məzmunu Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmir. Onların fikrincə, onun qüvvəyə minməsi müstəqil medianın və vətəndaş cəmiyyətinin işinə xələl gətirəcək.
Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Ölkə prezidenti Salome Zurabişvili buna veto qoyacağını bildirib. Eyni zamanda, deputatların əksəriyyəti prezidentin qərarının əleyhinə səs verərsə, parlament bundan yan keçə bilər. Qanun layihəsinin təşəbbüskarı olan Gürcü Arzusu Partiyası parlamentdəki 150 yerdən 84-nə malikdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?