Ukraynanın paytaxtındakı müxalifət tərəfdarlarının aksiyalarında təxribat və iğtişaşlar əvvəlcədən planlaşdırılmışdır.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün keçirilmiş brifinqdə DİN-in İstintaq İdarəsinin rəisi Nikolay Çinçin bildirib.
“İstintaq orqanları hələ noyabrın 24-dən dinc aksiyalar zamanı müəyyən şəxslər və radikal meylli qruplar tərəfindən törədilmiş cinayət hadisələrini araşdırmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının əldə etdiyi sxem və planlarda kimlərin nə edəcəyi, kimlərin nəyə cavabdeh olduğu aydın əks olunub, həmçinin istintaq tərəfindən bu günədək baş verənlərin maliyyələşdirilməsi barədə məlumatlar da əldə edilib”, deyə o qeyd edib.
Nikolay Çinçin həmçinin bildirib ki, kütləvi təxribatlarda 15-20 yaşlı yeniyetmə və gənclər iştirak edib.
Çinçinin sözlərinə görə, bu şəxslərin əksəriyyətinin şəxsiyyəti artıq müəyyən edilib, onlar artıq istintaqa cəlb olunublar.
Sorğu
Yeni dizaynımız necədir?