Gundemxeber.az » Dünya » Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...
Türkiyə qəzeti Rəisinin helikopterinin qəzaya uğramasının “qaranlıq tərəfləri”ndən yazıb...
Gundemxeber.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti İran prezidenti İbrahim Rəisinin ölümünün “qaranlıq tərəfləri”ndən yazıb.
Nəşr qeyd edir ki, İran prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası İsrailin xeyrinə ola bilər və buna görə də İran liderinin helikopter qəzasının qaranlıq tərəfi aydınlaşdırılmalıdır.
“İsrail bu işə qarışa bilərmi? Ola bilər. Amma bunun üçün İsraildən hesab istəmirəm... Lakin helikopterin qəzaya uğramasının qaranlıq tərəfləri var. Bunlara aydınlıq gətirilməlidir”, deyə nəşrin köşə yazarı Abdulkadir Selvi vurğulayır.
Müəllif xüsusilə Rəisinin uçduğu helikopterə ELT cihazı quraşdırmamasına diqqət çəkib. Bu cihaz helikopterin yeri haqqında siqnallar göndərməyə imkan verir.
“Ölkədə yalnız bir ELT cihazı olsaydı, o, ilk növbədə prezidenti daşıyan helikopterdə olmalı deyildimi”, deyə köşə yazarı sual edir.
Bundan əlavə, daha iki hökumət vertolyotunun “duman zonasına” uçarkən uçuş yolunu dəyişdiyi bildirilib.
“Bəs niyə prezidenti daşıyan helikopterin pilotu marşrutu dəyişməyi”, deyə müəllif sorğusunu davam etdirir.
Müəllif onu da yazır ki, qəzaya uğrayan vertolyotun pilotların olduğu salonda yanğın aşkarlanıb.
“Kokpitdəki yanğın qətl əlaməti ola bilərmi?”, deyə “Hürriyət” yazarı daha bir sual ortaya qoyur.
Qeyd edək ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidenti Rəisi və xarici işlər naziri Abdullahianı daşıyan helikopter qəzaya uğrayıb. Dövlət başçısı və xarici siyasət idarəsinin rəhbəri Azərbaycan lideri İlham Əliyevlə görüşdən sonra Tehrana qayıdırdılar. Konvoy üç helikopterdən ibarət olub, onlardan ikisi insidentsiz olaraq təyinat yerinə çatıb.
Gundemxeber.az
20-11-2019, 12:44
19-05-2024, 23:43
20-05-2024, 23:02
21-11-2015, 13:01
19-05-2024, 19:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?