Əfqanıstanda helikopter qəzasında azı iki Amerika əsgəri həlak olub.
Gundemxeber.Az xəbər verir ki, məlumatı NATO-nun Əfqanıstanda Dəstək Missiyasının qərargahı yayıb.
Hərbi helikopterin qəzaya uğramasının dəqiq səbəbi araşdırılır. Eyni zamanda, qərargahın məlumatında deyilir ki, “ilkin araşdırmalar helikopterin düşməsinin düşmən hücumu nəticəsində olmadığını” göstərib.
ABŞ-ın Müdafiə Siyasəti Departamentindən verilən məlumata görə, helikopterdə həlak olan hərbçilərin adları 24 saat müddətində elan ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?