Gundemxeber.az » Dünya » Rəisinin helikopteri belə qəzaya uğrayıb: "Əminliklə demək olar ki..."
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin nəticələrini açıqlayıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə lenta.ru saytı yazıb.
İlkin dəyərləndirmələrə əsasən, qəzaya uğrayan helikopterin gövdəsinə güllə və ya oxşar vasitələrin dəyməsinin izləri yoxdur.
Baş Qərargahın bildirdiyinə görə, araşdırmanın nəticələrinin ilkin olmasına baxmayaraq, bu məlumatları “əminliklə söyləmək olar”. Qeyd olunur ki, qəzaya uğrayan helikopter təpə ilə toqquşduqdan sonra alovlanıb.
Baş Qərargah qəzaya uğrayan helikopterin pilotunun kortejdəki digər iki helikopterin pilotları ilə təmasda olduğunu da bildirib. İranın Baş Qərargahı, həmçinin belə qənaətə gəlib ki, aerodromun hava hərəkətinə nəzarət qülləsi “vertolyot heyəti ilə söhbətdə heç bir şübhəli məqam aşkar etməyib”.
Xatırladaq ki, bu ilin mayın 20-də qəza nəticəsində baş verən qəzada İran liderindən başqa ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Haşim də olub.
GUNDEMXEBER.AZ
28-06-2016, 01:09
21-11-2015, 13:01
25-07-2019, 14:26
12-02-2018, 10:13
18-02-2018, 17:53
Sorğu
Yeni dizaynımız necədir?