Gundemxeber.az » Dünya » ABŞ Netanyahu və Qalantın müdafiəsində - Konqresmenlər BCM-yə qarşı
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, ABŞ Senatının konqresmenləri İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin müdafiə naziri Yoav Qalanta qarşı həbs orderi verilməsi ilə bağlı prokurorun sorğusuna cavab olaraq Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bir sıra əməkdaşlarına qarşı sanksiyaların tətbiqi mexanizmini müzakirə edəcəklər.
Qeyd olunur ki, senatorlar “ABŞ-ın maraqlarını təhdid edən və müttəfiqlərini zəiflədən səlahiyyətlərdən sui-istifadə” ilə bağlı prezident Co Baydenə BCM-nin bir sıra əməkdaşlarına Amerika vizalarını almağı yasaqlamağı, habelə maliyyə sanksiyaları tətbiq etməyi təklif ediblər. Eyni zamanda, amerikalı qanunvericilər ümid etdiklərini bildiriblər ki, onların tədbirləri Netanyahu ətrafında “siyasi prosesləri” dayandırmaq üçün BCM-yə təsir göstərəcək.
Bundan əvvəl İsrailin keçmiş baş naziri Naftali Bennett prokurorun Netanyahu və Qalantın həbsinə order verilməsini xahiş etdikdən sonra BCM-nin ləğvinə çağırıb. Onun sözlərinə görə, məhkəmə Netanyahu və Qalantı terrorçularla eyniləşdirən İsrailin düşmənləri üçün siyasi alət rolunu oynayır.
GUNDEMXEBER.AZ
19-11-2018, 11:10
27-01-2020, 11:23
24-04-2019, 13:27
12-04-2018, 11:07
8-11-2017, 11:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?