Gundemxeber.az » Dünya » Rusiya ardıcıl ikinci ildir ki, ordu oyunlarından imtina etdi-16 min texnikanın itkisi...
Rusiya artıq ikinci ildir ki, hərbçilər arasında “Ordu Oyunları” beynəlxalq yarışlarını keçirməyəcək.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “İsvestiya qəzeti məlumat yayıb.
“Bu oyunların özü çoxlu sayda hərbçinin cəlb olunmasını tələb edir. İndi isə vəziyyət gərgindir, ABŞ və NATO getdikcə Rusiya ilə münaqişəyə cəlb olunur, bunun nəyə gətirib çıxaracağı məlum deyil”, - deyə Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Perenciyev bildirib.
Beynəlxalq Ordu Oyunları müxtəlif dövlətlərin silahlı qüvvələrinin bölmələri arasında keçirilən kompleks yarışlardır. Bu oyunlar ilk dəfə 2015-ci ildə keçirilməyə başlayıb. Sonuncu dəfə müsabiqə 2022-ci ilin yayında baş tutub. Həmin yarışda 38 ölkədən nümayəndə iştirak edib. Ordu Oyunları çərçivəsində ən məşhur və ən geniş yayılmış yarış müxtəlif ölkələrin komandaların iştirak etdiyi “Tank Biatlonu” sayılırdı.
Oyunların baş tutmamasının əsas səbəblərindən biri də Rusiyanın Ukrayna cəbhəsində çoxlu sayda (ilkin məlumatlara görə 15 945 ədəd) hərbi texnikanı itirməsidir..
Bundan başqa Rusiya ordusu 3054 tankdan məhrum olub. Onlardan 2047-si məhv edilib, 156-sı zədələnib, 335-i tərk olunub, 516-sı ukraynalılar tərəfindən ələ keçirilib. Zirehli döyüş maşınları itkilərə görə ikinci yerdədir - 1348 ədəd. Onlardan 949-u məhv edilib, 35-i zədələnib, 96-sı tərk edilib, 268-i ukraynalılar tərəfindən qənimət olaraq götürülüb.
GUNDEMXEBER.AZ
29-07-2017, 14:33
2-08-2019, 12:41
25-08-2020, 14:19
29-07-2015, 13:47
12-11-2017, 13:52
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?