Gundemxeber.az » Dünya » Amerikalı siqaret çəkənlər alternativ vasitələrə keçirlər – Wall Street Journal
ABŞ-da siqaret çəkənlər kütləvi şəkildə siqaretdən imtina edərək alternativ tüstüsüz nikotin vasitələrinə üstünlük verirlər. GUNDEMXEBER.AZ bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, alternativ məhsullar, məsələn, tütün isitmə sistemləri, elektron siqaretlər, nikotin torbaları bazarın 40%-ni tutub. Bazarın 60%-ni isə ənənəvi siqaretlər təşkil edir. ”Siqaret tüstüsünün tərkibində zərərli maddələr maksimum dərəcədədir. Alternativ məhsulların aerozolunda isə siqaret tüstüsündən fərqli olaraq zərərli maddələrin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Amerika bazarında ənənəvi siqaret satışının payı 80% təşkil edib. Bu tendensiya davam edərsə, amerikalılar qarşıdakı üç il ərzində siqaretdən daha çox veyp və ya nikotin torbaları almağa başlayacaqlar”, - “The Wall Street Journal” belə proqnoz verir.
Alternativ vasitələrə maraq daim artmaqdadır. Siqaret satışı azalır (2022-ci ildə 10,9 milyard qutu, daha sonra isə 10 milyard qutudan az olub).
Satılan alternativ tüstüsüz nikotin məhsullarının sayı isə əksinə ötən il ərzində demək olar ki, iki dəfə artıb (2022-ci ildə 3,8 milyard qutudan 2023-cü ildə 6,64 milyarda qutuya qədər artıb).
Mütəxəssislər, zərərli maddələrin təsirini azaltmağa çalışan siqaret çəkənlər üçün mövcud alternativlərin artmasına müsbət yanaşırlar. Lakin, unutmayaq ki, ən yaxşısı nikotin məhsullarından tamamilə imtina etməkdir.
GUNDEMXEBER.AZ
5-07-2013, 01:35
4-11-2014, 22:20
22-11-2014, 23:39
1-03-2016, 15:39
30-12-2013, 12:04
Sorğu
Yeni dizaynımız necədir?