İsrailin Qəzza zolağındakı məqsədləri Rəfahda “xüsusilə aydın təsəvvür alır” və Fələstinin HƏMAS hərəkatını məhv etmək, yaraqlılar tərəfindən saxlanılan girovları azad etmək və İsrail Müdafiə Qüvvələrinin “fəaliyyət azadlığını qorumaqdan” ibarətdir.
Gundemxeber.Az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qalant Fələstin anklavının cənubundakı Rəfah şəhərində keçirdiyi operativ vəziyyətin qiymətləndirilməsi üzrə iclasdan sonra İsrail hərbçiləri ilə
“Qəzza zolağında məqsədlərimiz burada, Rəfahda xüsusilə aydındır və HƏMAS-ın məhv edilməsi, girovların qaytarılması və fəaliyyət azadlığının qorunmasıdır. Girov məsələsinə gəldikdə, biz böyük səylər göstəririk və bunu həm manevrlər vasitəsilə, həm də razılaşmalar əldə etməklə davam etdirəcəyik”, – nazir vurğulayıb.
İsrail hərbçilərinə müraciət edən Qalant qeyd edib ki, onların işi “HƏMAS-ı məhv etmək və bu müharibədə qalib gəlmək”, yəhudi dövlətinin hərbi rəhbərliyinin vəzifəsi isə “Qəzza zolağı və Yaxın Şərqdə bu nailiyyətləri növbəti səviyyəyə çatdırmaqdır”. “Bu problemlər bir-biri ilə bağlıdır”, – o əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?