ABŞ-ın ordu katibi Kristin Uormut Texasda Ukrayna Silahlı Qüvvələrinin (AFU) ehtiyacları üçün döyüş sursatı komponentlərinin istehsalı zavodunu açıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən The New York Times (NYT) məlumat yayıb.
Ağ Ev rəsmisi bildirib ki, bu gün ordu katibi Texas ştatının Mesquite şəhərində ölkənin artilleriya sursatlarının yığılmasında istifadə olunan komponentlər istehsal etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq yeni zavodun açılışı üçün səfərdədir.
Kirbi həmçinin əlavə edib ki, ABŞ-ın məqsədi ayda 100 min ədəd 155 mm-lik mərmi istehsalı hədəflərinə nail olmaqdır. Onun sözlərinə görə, Ukraynada münaqişə başlayanda bu rəqəm təxminən 14 min vahid olub.
Sorğu
Yeni dizaynımız necədir?