Gundemxeber.az » Dünya » Avropada ilk uran istehsalı zavodu açılır
Finlandiyanın mədən və kimya şirkəti Terrafame yayın ortalarında Avropada yeganə olacaq uran zavodu açmağı planlaşdırır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, açıqlamada bildirilir ki, zavod Olkiluoto atom elektrik stansiyasının illik uran tələbatının yarısından çoxunun istehsalını təmin edəcək. Nəşr bildirir ki, “Terrafame” Sotkamo uran mədənində sink və nikel hasilatından əlavə məhsul kimi təbii uranı hasil etməyə başlayacaq.
Terrafame, 60 kvadratkilometr sahəsi olan Sotkamo mədən rayonunda fəaliyyət göstərən Finlandiyanın dövlət (56,1 faiz) mədən və metal şirkətidir. İndiyədən mədən rayonunun cəmi 20 kv.km. hissəsi mənimsənilib.
2023-cü ildə şirkətin dövriyyəsi 561 milyon avro, əməliyyat mənfəəti - 94 milyon avro təşkil edib. Şirkətdə təxminən 850 işçi çalışır.
GUNDEMXEBER.AZ
31-05-2024, 20:45
27-06-2018, 15:01
17-06-2019, 17:40
9-01-2015, 19:46
15-10-2014, 17:05
Sorğu
Yeni dizaynımız necədir?