Gundemxeber.az » Dünya » Cənubi Qafqazda ən böyük dövlət borcu Ermənistandadır
2023-cü ilin sonunda Gürcüstanın dövlət borcu ölkə ÜDM-nin 39,2 faizini təşkil edib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Gürcüstanla qonşu olan ölkələr arasında ən böyük dövlət borcu Ermənistanındır - ÜDM-in 50,5 faizi. Sonrakı yerdə ÜDM-in 28,9 faizi ilə Türkiyə gəlir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7 faizini, Azərbaycanın dövlət borcu isə ÜDM-in 18,4 faizini təşkil edir.
Dünya miqyasında baxdıqda, Bruney ÜDM-in 2,3 faizi həcmində dövlət borcu ilə dünyada ən aşağı borca sahibdir. Daha sonra ÜDM-in 3,2 faizi qədər borcu olan Küveyt və ÜDM-in 4,7 faizi həcmində borcu olan Türkmənistan gəlir.
Nominal ifadədə ən böyük həcmdə dövlət borcuna ABŞ sahibdir – 33 trilyon dollar.
GUNDEMXEBER.AZ
15-02-2018, 11:05
24-08-2017, 22:55
2-10-2018, 10:46
25-10-2017, 12:46
3-12-2014, 22:27
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?