Azərbaycan "McKinsey Global Institute"un versiyası üzrə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə 11 lider ölkənin siyahısına daxil olub.
Siyahıya adambaşına düşən ÜDM-in illik artımı son 20 il ərzində 5 faizi ötən ölkələr salınıb.
"McKinsey Global Institute"un hesabatına əsasən, 1996-cı ildən 2016-cı ilədək adambaşına düşən ÜDM-in real artımı orta hesabla 8,2 faiz təşkil edib. Bu göstərici üzrə Azərbaycan siyahıda ölkələr arasında yalnız Myanmadan (8,9 faiz) geri qalaraq ikinci yeri tutub.
Azərbaycanla yanaşı, siyahıya Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Hindistan və digər ölkələr daxil olub.
Bundan başqa, "McKinsey Global Institute" 50 il ərzində adambaşına düşən ÜDM-in artımı ilə bağlı proqnozlar verib. Bu qrupa Çin, Honq Konq, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya və Tailand düşüb.
Hesabatın hazırlanması üçün 71 inkişaf etməkdə olan ölkənin iqtisadiyyatı monitorinq edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?