Gundemxeber.az » Dünya » Rusiyada səfərbər olunanların xanımları və anaları etiraz edir- Müdafiə Nazirliyi önündə
Rusiyada Ukrayanda döyüşən əsgərlərin yaxınları Rusiya Federasiyasının Müdafiə nazirliyi qarşısında piket keçirirlər.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, onlar müdafiə naziri Andrey Belousovla şəxsi görüş tələb edirlər.
“Biz istəyirik ki, yeni nazir bizi eşitsin və bizimlə görüşüb problemimizi həll etməyə başlasın”, - piket iştirakçılarından biri bildirib.
Qeyd edək ki, etirazçıların çoxu kiçik uşaqlarla gəlib. Aksiya iştirkaçıları nazirlə görüşmək üçün qeyri-adi hərəkətə əl atıblar. Ən azı 12 piketçi diz çöküb müdafiə naziri Belousovla görüşməyi tələb etdikdən polis onlara müsbət cavab veriləcəyini söyləyib.
Bir müddətdən sonra Müdafiə Nazirliyinin nümayəndəsi səfərbər olanların yaxınları ilə görüşüb.
General-polkovnik Borisenko aksiya iştirakçılarını təxribatçı adlandırıb. Onun sözlərinə görə, qadınlar “müxalifət teleqram kanallarının çəkiliş aparması üçün” buraya çıxıblar.
GUNDEMXEBER.AZ
18-02-2019, 12:03
25-09-2018, 20:15
4-09-2017, 14:04
11-08-2017, 13:25
25-08-2020, 14:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?