NATO KTMT ölkələrinə müdaxilə praktikası edir, havada təxribatların sayı artır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, KTMT ölkələri üçün birbaşa təhlükə NATO-nun davam edən genişlənməsidir.
"Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artır, yeni silah sistemləri yerləşdirilir, hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçilir, o cümədən KTMT ölkələrinin ərazisinə müdaxilə məşqi edilir", - deyə Şoyqu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?