GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Hoteldə şok cinayət: "Masazırda "elə qızlar"ın yığışdığını bilirdim..." - TƏFƏRRÜAT

Hoteldə şok cinayət: "Masazırda "elə qızlar"ın yığışdığını bilirdim..." - TƏFƏRRÜAT

Tarix: 6-06-2024, 23:11 Bölmə :Dünya Baxış: 228

Hoteldə şok cinayət: "Masazırda "elə qızlar"ın yığışdığını bilirdim..." - TƏFƏRRÜAT

Abşeron rayonunda 1996-cı il təvəllüdlü Kənan yüngül həyat tərzi keçirən 1990-cı il təvəllüdlü Rəvanəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Kənan borclarının yaranması ilə əlaqədar düşdüyü çətin maddi vəziyyətdən çıxmaq üçün yüngül həyat tərzi keçirən, fahişəliklə məşğul olan qadınların hər hansı birinin pulunu ələ keçirmək qərarına gəlib.

30 oktyabr 2022-ci ildə gecə saat 23 radələrində o, Abşeron rayonunda “Masazır” dairəsi kimi tanınan əraziyə yollanıb. Orada pul qarşılığında intim xidmət göstərmək niyyəti ilə dayanıb müştəri gözləyən Rəvanənin əlində müxtəlif əskinaslarda pul məbləği olduğunu görüb, onun daha çox pul qazanacağını ehtimal edib və bir müddət gözləyib.

Gecə saat 1 radələrində Rəvanəyə yaxınlaşıb, 80 manat müqabilində intim münasibət barədə razılığa gəlib. Birgə gecə saat 2 radələrində “Göyçə hotel” kimi tanınan mehmanxanaya gediblər.

Onlar mehmanxananın 1 nömrəli kabinetinin içərisindəki girişlə üzbəüz otağa daxil olub və orada təxminən 30 dəqiqə cinsi əlaqədə olublar. Rəvanə razılaşdıqıları 80 manatı istədikdə Kənan əvvəlcədən planlaşdırdığı kimi ondan üzərində olan nağd pulu tələb edib. Buna etiraz etdikdə hər iki əli ilə onun boğaz nahiyəsindən tutaraq bir neçə dəqiqə bərk sıxıb. Qadını boğub öldürdükdən sonra onun 150 manatını götürüb.

“Borcum vardı”

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlərdə günəmuzd fəhlə işləyib, tutulana qədər isə Kürdəxanı qəsəbəsində 20 gün malyar işi görüb:

“Əvvəllər Bakının müxtəlif yerlərində kirayə yaşasam da, 2022-ci ildə Kürdəxanı qəsəbəsində Rafiq adlı şəxsin evində qalmağa başladım. Rafiqlə əvvəllər evində iş gördüyüm Orxan adlı şəxs vasitəsilə tanış olmuşam. Orxan mənə Rafiqin evində də usta işləri görməyimi təklif etdi. Mən də Rafiq ilə görüşdüm.

Aramızdakı razılıq bundan ibarət oldu ki, Rafiqin Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətində yerləşən evi təmir edəcəm. Sonrakı mərhələdə qiyməti danışacam.

Bakıda daimi yaşayış yerim olmadığı üçün daha rahat iş görüm deyə Rafiqin icazəsi ilə həmin evdə qalmağa başladım. Rafiq mənə dedi ki, evin kommunal xərcləri üçün hər ay 100 manat verərəm. Əlavə olaraq bir yerdə fəhlə kimi işlədiyim, adı yadımdan çıxan şəxsə 150 manat borcum da vardı”.

“Cinsi əlaqədə olmaq, pulunu ələ keçirmək istəmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa dolanışığı zəif, maddi vəziyyəti aşağı olub, evdən də maddi dəstək ala bilməyib:

“Bu səbəbdən ağlımda yalnız hansısa yolla olursa-olsun, pul əldə etmək fikri olub. Bunun üçün Masazır dairəsində dayanaraq yüngül həyat tərzi keçirən qadınların hər hansı birindən pul əldə etmək qərarına gəldim. Daim intim münasibətdə olduqları üçün onlarda həmişə pul olur. Həm onların biri ilə cinsi əlaqədə olmaq, həm də pulunu ələ keçirmək istəyirdim.

Bir neçə il Masazırda bacımgildə qaldığım üçün oraları müəyyən qədər tanıyırdım. Gecələr Masazır və Xırdalan dairəsində yüngül həyat tərzi keçirən qadınların dayandığını bilirdim”.

“Əvvəllər intim münasibətə girməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saat 8 radələrində Kürdəxanı qəsəbəsində müvəqqəti qaldığı evdən çıxıb və “Koroğlu” metrostansiya gəlib:

“Orada metroya minib “20 Yanvar”da düşdüm. 525 nömrəli avtobusla “Masazır” dairəsi istiqamətinə gəldim. Gecə saat 11 radələri olardı. Artıq ərazidə yüngül həyat tərzi keçirən 3-4 qadın dayanmışdı. Öldürdüyüm qadın da onlar arasında idi. Onun adını bilmirdim. Mərhumun adını sonradan pıolislərdən öyrəndim.

Rəvanəni yalnız hadisə günü görmüşəm və yalnız o zaman onunla əlaqəm olub. Əvvəllər heç vaxt heç bir qadınla intim münasibətə girməmişəm”.

“Müşahidə etdim”

Kənan qeyd edib ki, qızlara yaxın gəldikdə Rəvanənin əlində pul saydığını görüb: “Pulun dəqiq məbləğini bilmədim. Bundan sonra da onun kimləsə pul qarşılığında intim münasibətdə olacağını fikirləşdim. “Qoy pulu bir az da çoxalsın, əlavə qazandığı pulları da götürərərəm” deyə düşündüm. Bu məqsədlə 2 saat gözlədim.

Ora yaxın yerləşən, adını bilmədiyim dönərxanada dönər yedim, çayxanada çay içdim. Arabir çıxıb həmin dairəni müşahidə edirdim. Qız 1-2 dəfə başqa-başqa kişilərlə getdi¸ sonra yenidən həmin əraziyə qayıtdı”.

“Qız taksi çağırdı”

Kənan bildirib ki, gecə saat 1 radələrində həmin qızın bu işdən xeyli pul qazandığını düşünüb və onun pullarını ələ keçirməyi qərarlaşdırıb: “Beləcə, qıza yaxınlaşdım. Ondan hansı qiymət qarşılığında intim münasibətə girdiyini soruşdum. "1 saatlıq 80 manat” deyə cavab verdi. Mən də bununla razılaşdım. Yaxınlıqda yerləşdiyi üçün "Göyçə hotel” adlı mehmanxanaya getmək razılığına gəldik.
Qız özü taksi çağırdı. Maşınla mehmanxanaya çatdıq. Gecə təxminən 02:00 olardı. Qız hotelin işçisi olan tanımadığım şəxsə yaxınlaşdı, danışığın məzmununu eşitmədim. Qız hotelin işçisinə 10 manat verdi, sürücü də getdi. İşçi bizi hotelin 1 nömrəli kabinetindəki girişlə üzbəüz otağı verdi. Hər ikimiz otağa daxil olduq. Həmin hotelə əvvəllər 1-2 dəfə gecələmək məqsədilə getmişəm. Lakin həmin kabinetdə olmamışam. Kabinetdə başqa otaq da vardı. Biz kabinetə daxil olduqda digər otaq boş idi.
Otağa daxil olduqdan sonra qapını bağladıq. Rəvanə ilə bir qədər sevişdikdən sonra hər ikimiz paltarlarımızı çıxardıq. Qız hamama girdi. Təxminən 3-5 dəqiqə ərzində yuyundu, sonra yanıma gəldi”.

“Köməyə heç kimi çağıra bilmədi”

Kənanın ifadəsinə görə, Rəvanə ilə otaqdakı çarpayıda yarım saata yaxın cinsi əlaqədə olub: “Cinsi əlaqədən sonra Rəvanə məndən 80 manatı istədi. Mən üzərimdə pul olmadığını bildirdim və qərarlaşdırdığım kimi əksinə, ondan üzərində olan bütün pulları tələb etdim. O, qəti surətdə mənə pul verməyəcəyini bildirdi.

Rəvanənin pul verməyəcəyini və israr etsəm, qışqır-bağır salacağını gördüm. Artıq gecə 3 radələri olardı. Rəvanəni çarpayıda hər iki əlimlə boğmağa başladım. Baş barmağımla boğazını, qırtlaq nahiyəsini bərk sıxdım. Qız xırıldadı, amma hələ nəfəs alırdı. Mənə müqavimət göstərə bilmədi, yalnız əl-ayaqları ilə çabaladı.

Bir anlıq huşu özündən getdi. Lakin bir neçə saniyə sonra yenidən nəfəs almağa başladı. Bu dəfə artıq nəfəs almaması, yəni ölməsi üçün boğazını eyni nahiyədən daha bərk sıxdım. Xırıltı səsləri çıxmaması üçün digər əlimlə ağzını örtdüm. O, heç kimi köməyə çağıra bilmədi”.

“Öldüyünə əmin oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2-3 dəqiqə əlləri Rəvanənin boğazında olub və sıxmağa davam edib: “Nəhayət, Rəvanənin xırıltısı kəsildi və öldü. Ağız nahiyəsindən azacıq qan gəlməyə başladı. Öldüyünə əmin olduqdan sonra onu lüt vəziyyətdə hamama apardım. Məqsədim qapını açan şəxsin meyiti dərhal yox, yalnız hamama girəndə görə bilməsi və beləcə, vaxt qazanmağım idi.

Meyiti hamamda döşəmə üzərinə uzatdıqdan sonra yenidən çarpayı olan otağa qayıtdım. Əvvəlcə Rəvanənin əl çantasının içinə baxdım. Orada pul görmədim. Çantanın içində yalnız günəbaxan tumu, sovurma konfet və bəzi kosmetik ləvazimatlar vardı. Rəvanənin üzərində mobil telefon da yox idi.

Daha sonra Rəvanənin paltarlarındakı cibləri yoxladım. Cins şalvarın sağ yan cibindən 150 manat çıxardım. Həmin pulu götürdüm”.

“Meyitinin aşkar olunduğunu düşündüm”

Kənanın sözlərinə görə, daha sonra otaqdan çölə çıxıb və qapını bağlayıb: “Kabinetdə yerləşən ümumi zaldakı masada tanımadığım 1 qız və 1 oğlan oturmuşdu. Onlar, deyəsən, kabinetdə hansısa otağın boşalmasını gözləyirdilər. Qızla oğlana dedim ki, olduğum otağa girməyin, 1 saat artıq qalacam.

Sonra onlardan siqaret almaq üçün dükan yeri soruşdum. Hotelin yaxınlığında dükan olduğunu dedilər. Həyətdə hotelin işçisi ilə arşılaşdım və ondan da siqaret almaq üçün yer soruşdum. O da hotelin yaxınlığındakı dükanın yerini göstərdi. Mən siqaret alıb geri qayıdacağımı dedim.

Çölə çıxdıqdan sonra “Masazır dairəsi” istiqamətinə, yəni hotelin girişindən sol tərəfə məhəllələrin arası ilə qaçdım. Həyəcanlı olduğum üçün məhəllə arası qaça-qaça təxminən 20-25 dəqiqə sonra yenidən təsadüfən hotel istiqamətinə qayıtdım. Artıq polis maşınının hotelin ətrafında olduğunu gördüm.

Rəvanənin meyitinin aşkar olunduğunu düşündüm və bu dəfə başqa istiqamətə məhəllələr arası qaçaraq oradan uzaqlaşdım”.

“Cəmi 1 manat qaldı”

Kənan qeyd edib ki, saat təxminən 5 radələrində bacısı Vəfanın Masazırda yerləşən evinə tərəf gəlib: "Qapını yeznəm açdı və niyə bu saatda evə gəldiyimi soruşdu. Mən baş vermiş hadisə barəsində məlumat vermədən yeznəm və bacıma dostlarımla yeyib-içmək məclisində olduğumu, məclisdən gec çıxdığımı, maşın tapa bilmədiyi üçün evə qayıda bilmədiyimi dedim.

Bacımgildə təxminən 1 saat uzandım. Saat 6 olan kimi evdən çıxdım. Daha sonra “Masazır dairəsi" istiqamətinə çıxaraq orada dövlət qeydiyyat nişanını xatırlamadığım maşına 1 manat verməklə "20 Yanvar" dairəsinə getdim.

Oradan da 1 manat verməklə taksidə “Koroğlu" metrostansiyasına, ardınca Kürdəxanı qəsəbəsində kirayə yaşadığım ünvana getdim. Səhər təxminən 8 radələrində evə çatdım. Paltarlarımı çıxardım. Bir neçə dəqiqə hamamda yuyundum sonra yatdım.

Günorta radələrində götürdüyüm puldan 100 manat ev sahibi Rafiqə verdim. Qalan 50 manat pulun 49 manatını taksi, yemək, siqaret və su xərclərinə sərf etdim. Götürdüyüm puldan cəmi 1 manat qaldı”.

“Öldürdüyümü etiraf etdim”

Kənan deyib ki, səhəri günü bütün günü evdə olub: “Əvvəlcə polis orqanlarına gedərək təslim olmaq istədim. Lakin televizor kanallarına baxdıqda Rəvanənin ölümü ilə bağlı heç bir xəbər verilmədiyini görüb rahatlaşdım. Təxminən günorta saat 2 radələrində Abşeron Rayon Polis İdarəsi əməkdaşları qapını döydü. Mənim ad-soyadımı soruşduqdan sonra Rəvanənin ölümü ilə əlaqəli olub-olmadığım barəsində suallar verdilər.
Artıq polislərin nəyə görə gəldiyini başa düşdüm və elə oradaca polislərə Rəvanəni boğaraq öldürdüyümü etiraf etdim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Kənan 19 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ŞOK: Məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş - FOTO

    Bakıda ŞOK: Məşhur həkimin icarəyə verdiyi hotel ...

    15-09-2023, 00:45

  • 
  • Şantajla üzləşən qadın ərindən oğurladığı pulları sevgilisinə verdi –TƏFƏRRÜAT

    Şantajla üzləşən qadın ərindən oğurladığı pulları ...

    2-02-2017, 23:03

  • 
  • ŞOK! Bakıda gecə 46 yaşlı kişinin başını evində kəsib qaçdılar (YENİLƏNİB)

    ŞOK! Bakıda gecə 46 yaşlı kişinin başını evində ...

    4-07-2013, 12:00

  • 
  • Bərdədə pambıq sahəsində qanlı DAVA: - “Əxlaqsızlıq edirsən” deyib arvadını şil-küt etdi

    Bərdədə pambıq sahəsində qanlı DAVA: - ...

    5-07-2022, 12:28

  • 
  • Fahişə qadınların gecə həyatı (FOTO +18)

    Fahişə qadınların gecə həyatı (FOTO +18) ...

    17-02-2014, 14:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu