Gundemxeber.az » Dünya » Gürcüstanın baş nazirinin müavini iqtidar nümayəndələrinə sanksiyaların tətbiqini ABŞ-ın səhvi adlandırıb
ABŞ-nin Gürcüstan rəhbərliyinin məmurlarına sanksiyalar tətbiq etməsi yanlışdır.
Gundemxeber.az xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazirinin müavini, mədəniyyət və idman naziri Teya Tsulukiani “İmedi” telekanalının efirində səsləndirib.
“Bu, ABŞ-nin öz strateji tərəfdaşlarına münasibətdə etdiyi başqa bir səhvdir. Bu, yəqin ki, birinci səhv deyil. Biz bir başqa yanlışlara yol veriləcəyinə güman etməliyik”, – o deyib.
Siyasətçi əlavə edib ki, Gürcüstan hökuməti ABŞ üçün problem yaradır. Baş nazirin müavini iddia edib ki, Vaşinqton Tbilisidəki “inqilabı maliyyələşdirir”:
“Əslində, hökumətimiz bəziləri üçün problemdir, ancaq bu hökumət heç vaxt, heç bir sahədə bu strateji tərəfdaşlığa qarşı addım atmayıb. Biz bu strateji tərəfdaşlığa sadiq qalacağıq və dostumuzun, Amerikada olan o qrupların bizimlə mehribancasına danışmağa və inqilabı maliyyələşdirməkdən imtina etməyə qərar verəcəyi günü səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.
Gundemxeber.az
24-06-2013, 14:54
15-09-2014, 15:11
3-02-2018, 14:46
16-09-2019, 10:19
4-10-2018, 14:32
Sorğu
Yeni dizaynımız necədir?