ABŞ-ın müdafiə naziri Cim Mattis Brüsseldə Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşüb. Görüş haqda məlumat Pentaqonun sözçüsü Daha Uayt tərəfindən ABŞ Müdafiə nazirliyinin veb səhifəsində təsdiq edilib,
Görüş zamanı iki ölkənin müdafiə naziri Birləşmiş Ştatlar və Gürcüstan arasında müdafiə sahəsində uzun zamandır mövcud münasibətlərin dəyişməz olduğunu təsdiqləyib.
Ceyms Mattis gürcü həmkarını ölkənin müdafiə sistemində nümunəvi islahatlara və Gürcüstanın NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının işinə verdiy töhfələrə görə təşəkkürünü bildirib.
Gürcüstan hərbi qüvvələrinin əsgərləri Vaziani bazasından Əfqanıstana yola düşür (Arxiv fotosu) Mettis və İzoriya Gürcüstanın Birləşmiş Ştatların köməyi ilə Rusiyanın regionda aqressiyasının qarşısını almağa davam edəcəyini təsdiqləyib. Vaşinqton müdafiə sahəsində Gürcüstanın NATO-nun digər ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslərə dəstək göstərəcək.
Cim Mattis ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün gələcəkdə də müdafiə edilməsi işinə sadiq qaldığını bəyan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?