Gundemxeber.az » Dünya » Ukrayna süqut etsə, Rusiya Baltikaya hücum edəcək - Polşa XİN başçısı
"Ukrayna süquta uğrasa, Polşa və Baltikyanı ölkələr dərhal Rusiyanın hücumu təhlükəsi ilə üzləşəcək".
Gundemxeber.az BBC-yə istinadən xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavada jurnalistlərlə söhbətində deyib.
Qərb liderləri bu yaxınlarda Rusiyanın NATO ilə sərhəd ölkələrinə hücum təhlükəsini ciddi şəkildə nəzərdən keçirdiklərini bildiriblər. Sikorski bu narahatlıqlarla razıdır. Onun sözlərinə görə, Polşa hakimiyyəti sərhədi möhkəmləndirməyə başlayıb və ÜDM-in 4%-ni müdafiəyə xərcləyir.
Rusiya ilə gələcək münasibətlərdən danışan Sikorski deyib ki, “Polşa hakimiyyəti bütün rusları Putin rejimi ilə eyniləşdirmir” və “gələcəkdə demokratik Rusiyanın yaranmasına inamını itirməyib”.
"Rusiya hər zaman bizim ən yaxın qonşumuz olaraq qalacaq və ümid edirik ki, o, sülhsevər və mehriban qonşu olacaq", - Polşanın xarici işlər naziri vurğulayıb.
Gundemxeber.az
24-12-2019, 19:59
7-05-2024, 14:04
5-04-2023, 21:41
6-07-2017, 14:35
16-11-2022, 11:20
Sorğu
Yeni dizaynımız necədir?