Fransa polisi Parisdə İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib.
Gundemxeber.Az bildirir ki, bu barədə İran mətbuatı xəbər verib.
Bildirilib ki, hadisə zamanı təşkilatın lideri, 70 yaşlı Məsud Rəcəvinin səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Məlumat üçün əlavə edək ki, Xalq Mücahidləri Təşkilatı ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınır və 2001-ci ildən bu təşkilatın Britaniyada fəaliyyəti qadağan olunub.
Sorğu
Yeni dizaynımız necədir?