Rusiyanın Krasnoyarsk diyarınin Norilsk şəhərində Federal Vergi Xidməti müfəttişliyinin şöbə rəisinin müavininə və 4 azərbaycanlıya qarşı korrupsiya faktı ilə bağlı cinayət işi açıblar.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, hər birinin iştirakından asılı olaraq, onlar Rusiya Cinayət Məcəlləsinin 290 (“rüşvət alma”), 291 (“rüşvət vermə”) və 291.1 (“rüşvət vermədə vasitəçilik”) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinirlər. Məhkəmə məmuru və vasitəçini ev dustaqlığına məhkum edib, 3 rüşvət verən isə həbs edilib. Məlumata görə, 2022-ci ilin dekabrından 2023-cü ilin mayına qədər üç ticarət obyektinin azərbaycanlı sahibi həmyerlisi olan tanışlarından vergi orqanında yaranmış problemin həllində vasitəçi olmasını istəyib. Bundan sonra kişi Federal Vergi Xidmətinin Norilskdəki rayonlararası müfəttişliyinin əməkdaşı ilə əlaqə saxlayıb. Onlar iş adamlarının büdcəyə ödəməli olduğu vergi məbləğini aşağı salmağa razılaşıblar. Bunun üçün qadın üç sahibkarın hər birindən 150 min rubl (təxminən 2895 manat) alıb.
Sorğu
Yeni dizaynımız necədir?