Gəncə Dövlət Universitetinin dekan müavininə cinayət işi açılıb…
Gundemxeber.az-ın məlumatına görə, Universitetin Pedaqoji fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham verilib.
A.Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.
Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov APA-ya bildirib ki, A.Yusifovun barəsində cinayət işi açılandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”.
Sorğu
Yeni dizaynımız necədir?