NATO nüvə başlıqlarının sayını artırmır, daşıyıcı təyyarələrin modernləşdirilməsi ilə məşğuldur.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Cozef Baydenlə görüşdən sonra jurnalistlərə bildirib.
"Nüvə başlıqlarının sayını artırmaq üçün heç bir plan yoxdur, biz köhnəlmiş təyyarələri (F-16 - red.) yeni beşinci nəsil təyyarələrlə (F- 35-red.) əvəz etməklə daşıyıcı təyyarələri təkmilləşdiririk və ABŞ onların yerləşdirdiyi silahları modernlləşdirir", - Stoltenberq deyib.
"NATO on illərdir nüvə ehtiva edən komponentə sahibdir, bu yeni bir şey deyil. Buna görə də onu modernləşdirməyimizdə yeni bir şey yoxdur", - o əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?