İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.
Gundemxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.
"Biz oğurlanmış 120 nəfərin hamısını - həm diri, həm də ölü - geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik", - Netanyahu qeyd edib.
Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?