İran İslam Respublikasının Ali Məhkəmə orqanı seksual təcavüzə görə barəsində edam hökmü çıxarılmış futbol məşqçisinin cəzası yüngülləşdirib.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.
Müxtəlif səbəblər əsas göstərilərək 40 yaşlı futbol məşqçisinin adı açıqlanmır.
Məlumata görə, Tehran İslam məhkəməsi ötən ay onun barəsində ölüm hökmü çıxarıb. O, 12-13 yaşlı 8 oğlanı yaşadığı evə apararaq onları seksual təcavüzə məruz qoyub. Uşaqların valideynləri məşqçiyə ən sərt cəzanın verilməsinin tələb edərək bildirib ki, onun günahı səbəbindən övladları psixoloji sarsıntı yaşayır. İttiham olunan məşqçi ailəli olub. Məhkəmə zalında ittihamları rədd edərək bildirib ki, 8 uşaqla zarafat edib. Hadisələrlə bağlı videogörüntülər təqdim olunduqdan sonra o, günahını etiraf edib.
Valideynlərin şikayətindən sonra məşqçi Məşhəddən qaçıb. Mazandaran əyalətinin mərkəzi Sari şəhərində saxlanılıb. İnformasiyaya əsasən, pedofiliya hadisəsində ittiham olunan Səid Tusi dörd il müddətinə azadlıqdan məhrum edilib. Onun İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin yaxın adamlarından olduğu deyilir. Ötən il də dövlət məmurlarının oxşar cinayəti törətdiklərinə dair xəbərlər yayılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?