Növbəti mövsüm "Qalatasaray"ı çalışdıracaq məşqçinin adına rəsmən aydınlıq gəlib.
gundemxeber.az apasport.az-a istinadən bildirir ki, "sarı-qırmızılılar" Yan Olde Riekerinki postunda saxlamaq qərarına gəlib.
Hollandiyalı mütəxəssis "cim-bom"la 1 illik müqavilə imzalayıb. Ötən mövsümün sonlarında komandanın "sükanı arxası"nda müvəqqəti olan Riekerink artıq baş məşqçi kimi təsdiqlənib. Anlaşmaya görə, 53 yaşlı mütəxəssisin illik maaşı 900 min avro olacaq. Müqayisə üçün deyək ki, onun maaşı əvvəlkindən 6 dəfə artırılıb.
Əgər "Qalatasaray" növbəti mövsüm Superliqa çempionu olsa, Riekerink daha 250 min, Türkiyə Kubokunu qazanarsa, 125 min avro mükafat qazanacaq.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsümün son 12 oyununu (9 liqa, 3 kubok) Yan Olde Riekerinkin rəhbərliyi altında keçirib. Onun rəhbərliyi altında "cim-bom" finalda "Fənərbağça"nı (1:0) məğlub edərək Türkiyə Kubokunun qalibi olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?