ABŞ administrasiyası hazırda istehsal olunan bütün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib.b
Bu barədə jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən “Patriot” və “NASAMS” sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib”, - C.Kirbi deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?