Suriya NATO qüvvələri tərədindən vurularsa, İzmirin Şirincə bölgəsindəki Quru Qoşunları qərargahı və İncirlik hərbi bazası də hazırlıq vəziyyətinə gətiriləcək. Şirincə qərargahında hərbiçilərin sayı artırılaraq, 350 nəfərə çatdırılıb.
Bundan başqa NATO mütəxəssisləri, “Patriot” raketlərinin hazır vəziyyətə gətirildiyini bildiriblər. Belə ki, “Patriot” batareyalarının yerləşdirilməsi zamanı NATO daxili nizamnaməsinin 4 və 5-ci maddələri gündəmə gətirilə bilər. Qeyd olunur ki, NATO əvvəlcə Suriyada uçuşlara qadağan bölgə quracaq və havadan nəzarəti artırmaq üçün havadan müdafiə sistemləri hazır vəziyyətə gətiriləcək.
Son məlumatlara görə, ilk hava hücumları zamanı 450-dən çox hədəfin məhv edilməsi şərt kimi irəli sürülüb.
İkinci mərhələdə isə Türkiyə sərhədində humanitar yardımın çatdırılması üçün təhlükəsiz zonası yaradılacaq.
Sorğu
Yeni dizaynımız necədir?