GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Asiyada dost axtarışına çıxıb - ABŞ və Cənubi Koreya çox narahatdır

Putin Asiyada dost axtarışına çıxıb - ABŞ və Cənubi Koreya çox narahatdır

Tarix: 21-06-2024, 15:51 Bölmə :Dünya Baxış: 140

bitmap-img6

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putində başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməmişdilər. Putin isə bu ölkəyə ikinci dəfədir səfər edib. Putindən başqa dünya liderlərindən sadəcə Çin lideri Tsi Cinpin 2019-cu ildə Pxenyana səfər edib.

ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar. Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Doğrudur sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət mübadiləsi miqyasında bu çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət mübadiləsinin həcmi 15 milyard dollardan çoxdur. Yənu bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub.

Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır. “Reuters” agentliyi Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir. Pekin Rusiyanın Vyetnamla tərəfdaşlığından da narahatdır. Çünki Şimali Koreya kimi Vyetnamın da Çinlə özəl münasibətləri var. Buna baxmayaraq, Vyetnam ətraf adalara nəzarət məsələsində Çinlə fikir ayrılığına malikdir. Pekində hesab edirlər ki, Rusiya Vyetnamla əlaqələri inkişaf etdirməklə bu ölkəni Çindən uzaqlaşdıra bilər.

Vyetnam son illərdə xarici siyasətini və ticarət mübadiləsini şaxələndirməyə çalışır. Çindəki xarici müəssisələrin bir qismi alternativ olaraq Vyetnama və digər qonşu ölkələrə köçürlər. O biri tərəfdən ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırdığına görə, Pekin özü də başqa bazarlara ixracatını artırıb. Misal üçün Çinin Meksika və Taylanda ixracatı iki dəfədən çox artıb. Ancaq bütün hallarda Pekin rəqibi ABŞ və ya tərəfdaşı Rusiyanın Çinin qonşularıyla sıx əlaqələrindən narahatlığını gizlətmir.

“Atlas” Araşdırmalar Mərkəzi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şimali Koreya prezidenti Rusiyaya getmək istəyir

    Şimali Koreya prezidenti Rusiyaya getmək istəyir ...

    17-12-2014, 10:59

  • 
  • Şimali Koreya: “ABŞ-ı külə çevirərəm”

    Şimali Koreya: “ABŞ-ı külə çevirərəm” ...

    18-08-2014, 10:19

  • 
  • Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

    Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi ...

    11-01-2016, 13:56

  • 
  • Şimali Koreya və Cənubi Koreya arasında gərginlik pik həddə çatıb - FOTO

    Şimali Koreya və Cənubi Koreya arasında gərginlik ...

    27-04-2017, 12:29

  • 
  • ABŞ Şimali Koreyaya xəbərdarlıq etdi

    ABŞ Şimali Koreyaya xəbərdarlıq etdi ...

    9-02-2016, 12:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu