İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər – red.) uzadılıb.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.
“Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb”, - məmur IRIB telekanalının efirində deyib.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb. Məntəqələr yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?