Fransa prezidenti Emmanuel Makronun erkən parlament seçkiləri ilə bağlı avantürası uğursuzluqla nəticələnə bilər.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Sky News”un Avropa müxbiri Adam Parsons öz məqaləsində yazır.
“Prezident partiyasının Avropa seçkilərindəki uğursuzluqlarından sonra növbədənkənar parlament seçkiləri təyin etmək barədə sürpriz qərar qəbul etdikdən sonra Fransa siyasəti xaos içindədir”, - deyə publisist bildirib.
Parson əlavə edib ki, Marin Le Penin sağçı “Milli Birlik” fraksiyası gözlənilən qələbəni əldə etsə, daha da qarışıqlıq yarana bilər.
Jurnalist qeyd edib ki, qarşıdan gələn səsvermə zamanı Marin Le Penin partiyası lider olacaq. Bunu Fransa əhalisi arasında aparılan sorğuların nəticələri sübut edir. Eyni zamanda, solçu alyansın ikinci, Makronun sağ mərkəzçi partiyasının isə üçüncü yeri tutacağı ehtimal edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?