Macarıstanın Baş naziri Viktor Orban Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Ukraynaya səfər edib.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.
“Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”, - o qeyd edib.
Onun sözlərinə görə, V.Orban və V.Zelenski Macarıstan-Ukrayna ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə edəcəklər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?