Qüdsün mərkəzində Ali Məhkəmənin hərbi xidmətə çağırışla bağlı qərarına etiraz edən minlərlə ultra-ortodoks yəhudi ilə İsrail polisi arasında qarşıdurma olub.
Keçən həftə hökumətin ultra-ortodoks kişilərin hərbi xidmətə çağırılmağa başlaması ilə bağlı verdiyi mühüm qərar İsrailin Qəzzada müharibə apardığı bir vaxt baş nazir Benyamin Netanyahunun hakim koalisiyasının dağılmasına səbəb ola bilər.
On minlərlə kişi bu əmrə etiraz etmək üçün ultra-ortodoks məhəlləsində mitinq keçirib. Lakin axşam izdiham Qüdsün mərkəzinə doğru gedərək, zorakılığa başlayıb.
İsrail polisnini bildirdiyinə görə, etirazçılar Nazirlər Kabinetinin ultra-ortodoks nazirinin avtomobilinə hücum edərək, daşa basıb. Kütləni dağıtmaq üçün su şırnaqlarından və atlı polislərdən istifadə edilib. Buna baxmayaraq, bazar günü axşam saatlarında nümayiş hələ də nəzarət altında deyildi.
Hərbi xidmət İsraildə əksər yəhudi kişi və qadınlar üçün məcburidir. Lakin siyasi cəhətdən güclü olan ultra-ortodoks partiyalar öz ardıcıllarının hərbi xidmətdən azad edilməsinə və bunun əvəzinə dini seminariyalarda təhsil almalarınə nail olub.
Uzun müddət davam edən bu razılaşma geniş ictimaiyyət arasında narazılıq yaradıb və bu, HƏMAS-a qarşı səkkiz aydır davam edən müharibə zamanı daha da güclənib. Döyüşlərdə 600-dən çox əsgər həlak olub, on minlərlə ehtiyatda olan hərbçi karyeraları, biznesləri və həyatları pozularaq, hazır vəziyyətə gətirilib.
Ultra-ortodoks partiyalar və onların ardıcılları orduda xidmətə məcbur etməyin onların nəsillər boyu davam edən həyat tərzini dağıdacağını deyirlər. Bazar günü səhər saatlarında minlərlə kişi meydana toplaşaraq, kütləvi dualara qatılıb. Bir çoxları hökuməti tənqid edən şüarlar qaldırıb, bir lövhədə isə "hətta bir kişi belə çağırılmamalıdır" yazılıb.
Ultra-ortodoks partiyalar Netanyahunun hakim koalisiyasının əsas üzvləridir və etiraz olaraq, hökuməti tərk etmək qərarına gəlsələr, potensial olaraq yeni seçkilərin keçirilməsinə məcbur edə bilərlər.
Partiya liderləri hökuməti tərk edib-etməyəcəklərini açıqlamayıb. Bunu etmək riskli ola bilər, belə ki, Netanyahunun koalisiyasının populyarlığı HƏMAS-ın oktyabrın 7-də müharibəyə səbəb olan hücumundan sonra azalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?