Almaniyanın xüsusi təyinatlı polisi Berlin və başqa şəhərlərdə ultra-sağçı qrupun üzləri olduğundan şübhələnilən şəxslərin evlərində reyd keçirib. Almaniya prokurorluğunun ofisindən verilən məlumatı əsasən, səkkiz nəfərin evində reyd olub.
Baş prokurorluq Berlin, Brandenburq və Türingiya ştatlarında keçirilən reydlər zamanı silah axtarıldığını bildirib.
Heç kəs saxlanmasa da, rəsmilər şübhələnilənlərin Reichsbuerger (Reyxin vətəndaşları) qrupunun üzvləri olduğuna inanır. Təşkilat müasir Almaniyanı legitim dövlət olaraq tanımır və onun qanunlarını qəbul etmir.
Qrupun üzvləri nasist Almaniyasının İkinci Dünya Müharibəsi zamanı süqutuna baxmayaraq, "Deutsche Reich" dövlətinin mövcud olduğuna inanır. Onlar 1871-1918-ci illərdə kayzer Almaniyasının ərazilərindəki dövlət sistemini qəbul edir.
Rəsmilər şübhələnilənlərin qrupu 2017-ci ildə yaratdığını bildirir. Almaniya polisi silah ələ keçirilməsi ilə yanaşı, insanların qətli hallarının da araşdırıldığını bildirir. Rəsmilər qrupun üzvlərinin hədəfə aldıqları insanları qətlə yetirməyə hazır olduğuna inanır.
Təhqiqatçıların açıqladığı bəyanatda axtarış əməliyyatının polisin GSG 9 əks-terror birləşməsinin yardımı ilə aparıldığı deyilir.
Kəşfiyyat xidmətinin bildirdiyinə görə, qrupun bir neçə min üzvü var.
2016-cı ilin oktyabr ayında qrupun bir üzvü xüsusi təyinatlı qüvvələrin ov və idman tipli silah axtarışı ilə onun evində reyd keçirməyə cəhd göstərərkən Bavariyada polis zabitini qətlə yetirmişdi.
Bazar günü keçirilən reydlər şənbə günü Münster şəhərində bir nəfərin yük maşınını insanların üstünə sürüb iki nəfəri öldürdüyü hadisə ilə əlaqədar keçirilməyib. Baş prokurorluğun bildirdiyinə görə, hadisəni törədən şəxs sonradan özünü vurub öldürüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?