Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, The Walt Disney Company-nin həmtəsisçisi Roy Disneyin nəvəsi və varisi, uzun illər ABŞ demokratlarına maliyyə dəstəyi göstərən Ebiqeyl Disney bildieib ki, Cozef Bayden prezident seçkilərində namizəd olaraq qaldığı müddətcə partiyaya sponsorluq etməyi dayandıracaq.
"Partiya namizədlər siyahısındakı ilk yerdə Baydeni əvəz edənə qədər partiyaya hər hansı töhfə verməyi dayandırmaq niyyətindəyəm", - Disney sosial şəbəkədə bildirib.
O, qərarının hörmətsizlik əlaməti olmadığını vurğulayaraq, Ağ Evin hazırkı rəhbərini ölkəsinə təqdirəlayiq şəkildə xidmət etmiş “yaxşı insan” adlandırıb. Eyni zamanda Disneyin nəvəsi Baydenin namizəd olması ilə demokratların nəticələri ağır olacaq seçkidə məğlubiyyətlə üzləşəcəyinə əminliyini ifadə edib. Kanalın həmsöhbətinin fikrincə, demokratlar Baydeni vitse-prezident Kamala Harrislə əvəz etməlidirlər.
Nəşr qeyd edir ki, Disney Baydenin Donald Trampla debatda uğursuzluğundan sonra Demokratlar Partiyasının maliyyələşdirilməsini dayandırmaq niyyətini açıqlayan yeganə varlı donor deyil.
Xatırladaq ki, iyunun 28-də keçirilən teledebat zamanı Bayden bir sıra zəif mülahizələr söyləyib və daim kəkələyib. Ötən gün Ağ Evin rəhbəri Miliuoke radiosunun aparıcısı Örl İngram ilə söhbətində debatda bərbad çıxış etdiyini boynuna alıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?