Gundemxeber.az » Dünya » Melanşon Makronu iqtidarı Yeni Xalq Cəbhəsinə verməyə çağırıb
Fransa Prezidenti Emmanuel Makron solçu Yeni Xalq Cəbhəsi (YXC) koalisiyasını ölkəni idarə etməyə çağırmalıdır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Fəth olunmamış Fransa”nın (YXC-yə daxildir) lideri Jan-Lük Melanşon parlament seçkilərinin nəticələri fonunda bildirib.
“Baş nazir getməlidir, prezidentin səlahiyyəti var və Yeni Xalq Cəbhəsini iqtidara çağırmağa borcludur”, – siyasətçi vurğulayıb.
Melanşon seçkilərin nəticələrini “böyük rahatlama” adlandırıb. Onun sözlərinə görə, ifrat sağçı Milli Birlik koalisiyası “mütləq çoxluqdan uzaq” olduğundan fransız xalqı “özləri üçün daha pis həll yolunu açıq şəkildə istisna edib”.
Xatırladaq ki, “Le Figaro”nun təqdim etdiyi son məlumatlara görə, YXC parlamentdəki yerlərin əksəriyyətini – 188-dən 199-a qədər alacaq. Daha sonra prezidentin “Birgə!” koalisiyası gəlir (164-169 yer) və “Milli Birlik” (135-143). Mandatların sayına görə dördüncü yerdə sağ mərkəzçi “Respublikaçılar” birliyi (63 yer) qərarlaşıb. Fransa parlamentində 577 yer var.
GUNDEMXEBER.AZ
20-06-2022, 09:52
24-04-2017, 10:53
27-02-2024, 19:13
7-05-2017, 23:16
10-06-2024, 12:50
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?